İstifadə şərtləri
Xidmət
SaytYoxla pulsuzdur və olduğu kimi təqdim olunur. Xidmətin fasiləsiz işləyəcəyinə zəmanət verilmir.
Nəticənin mənası
Bal və tövsiyələr yalnız kənardan görünən ayarlara əsaslanır və məlumat xarakterlidir. Yüksək bal saytın tam təhlükəsiz olduğunu göstərmir, aşağı bal isə saytın sındırıldığını bildirmir. Vacib qərarlar üçün mütəxəssislə məsləhətləşin.
İstifadə qaydası
- Xidmətdən başqa saytlara ziyan vurmaq və ya onu həddindən artıq yükləmək üçün istifadə etməyin.
- Limitlər var: bir IP ünvanından dəqiqədə 6, gündə 60 təzə yoxlama. Dərin analizin hər hissəsi ayrıca sayılır: dəqiqədə 24, gündə 150.
- Dərin yoxlamanı (açıq fayllar və portlar) yalnız sizə aid və ya yoxlamaq üçün icazə aldığınız saytda işlədin.
- Nəticəni başqasını aldatmaq və ya yanıltmaq üçün istifadə etməyin.