Məxfilik
SaytYoxla qeydiyyat tələb etmir, adınızı və telefonunuzu soruşmur. E-poçt yalnız daimi izləməni özünüz seçsəniz lazımdır.
Nə saxlanılır?
- Yoxlanılan ünvan və nəticə: təkrar yoxlamanı sürətləndirmək üçün serverin yaddaşında 10 dəqiqəyə qədər qalır. Nəticə sizin adınızla bağlanmır.
- IP ünvanınız: sui-istifadənin qarşısını almaq üçün yoxlama sayını hesablayan sayğacda ən çox 1 gün qalır.
- Hostinq jurnalları: sayt Vercel-də işləyir. Vercel xidmətin işləməsi üçün texniki sorğu jurnalları apara bilər.
Nə istifadə olunmur?
Saytda reklam, izləmə skriptləri və kuki faylları yoxdur. Şriftlər də öz serverimizdən yüklənir.
Yoxlanılan sayt nə görür?
Yoxlama zamanı saytın əsas səhifəsi, robots.txt və sitemap.xml faylları serverimizdən bir dəfə açılır. Sayt sizin IP ünvanınızı yox, serverimizin ünvanını görür.
Dərin analiz
Dərin analiz domen adını sertifikat qeydlərinə (Cert Spotter, crt.sh), qeydiyyat bazasına (rdap.org, IP ünvanı ilə birlikdə) və DNS qara siyahılarına, saytda görünən kitabxananın adı və versiyasını isə zəiflik bazasına (OSV) göndərir. Server proqramının versiyası NVD-yə (nvd.nist.gov), plaginlərin adı wordpress.org-a gedir, açarlar qoşulubsa WPScan, Spamhaus və Google Safe Browsing də sorğulanır. Sayt tərəfdən əsas səhifə, onun öz skriptləri (ən çox 6), robots.txt və security.txt oxunur və TLS bağlantısı sınanır. Əvvəlki yoxlama ilə müqayisə yalnız sizin brauzerinizdə (localStorage) saxlanılır, serverə getmir.
Dərin yoxlama (açıq fayllar, qovluqlar, portlar, DNS zonası və saytın 30 səhifəyə qədər oxunması, həmçinin ünvan parametrlərinin SQL injection və reflected XSS üçün yalnız oxuyan, dağıdıcı olmayan sorğularla sınağı) yalnız saytın sizin olduğunu DNS qeydi və ya fayl ilə sübut etdikdən sonra işləyir. Fayl və ya açar tapılsa, yalnız yolu və növü göstərilir, məzmunu nə göstərilir, nə də saxlanılır.
İzləmə
Daimi izləməni özünüz başlatsanız, e-poçt ünvanınız, saytın adı və son yoxlamanın nəticəsi Upstash Redis-də saxlanılır, məktublar Brevo ilə göndərilir. Ünvan yalnız linkə basıb təsdiqlədikdən sonra saxlanılır və hər məktubdakı linklə silinir.
«WhatsApp-a yazın» düyməsini bassanız, hazır mesaj WhatsApp-da açılır və onu siz özünüz göndərirsiniz. Bundan sonra WhatsApp-ın öz qaydaları tətbiq olunur.